Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

“Avropanı Ukraynanın taleyi əsla maraqlandırmır”

Zərdüşt Əlizadə: “Avropanı Ukraynanın taleyi əsla maraqlandırmır”

Avropa Birliyi Ukrayna ilə bağlı ciddi qərarlar verməlidir. Artıq Ukraynanın ərazi bütövlüyü sual altındadır. Belə ki, Avropa Bilrliyi martın 6-da Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar paketinə əlavələr edilə bilər. Almaniya Rusiyanı Ukraynaya qarşı gərginliyin azaldılması istiqamətində addımlar atmağa çağırıb. Əks halda sanksiyaların növbəti dalğası olması istisna olunmayıb.
Bu mövzuda Deyerler.org-a fikirlərini bölüşən politoloq Zərdüşt Əlizadə deyib ki, Avropa Birliyinin vahid xarici siyasəti yoxdur: “Avropa ilə Asossativ Sazişin imzalanması mövzusu Ukraynanı hazırkı böhrana salmışdır. Bu saziş imzalanandan sonra Ukrayna sənayesi, təhsili, elmi fonunda bir inkişaf etmiş ölkə statusuna xətt çəkiləcək. Ukrayna təxminən 15-20 ilə Ruminiya və ya Bolqarıstanın vəziyyətinə gəlib düşəcək. Ukraynanın ərazi bütövlüyü sual altındadır. Çox güman ki, Rusiya öz hərbi qüvvəsindən istifadə edib, Krımı qəsb edəcək. Hansı formada bu ərazilərin suverenliyi təyin olunacaq, artıq zamanla məlum olacaq.

Avropanı Ukraynanın taleyi əsla maraqlandırmır. Əslində onlar Avropanın qərbində böyük bir potensiala malik ərazinin mövcudiyyətini aradan qaldırdılar. Bunun üçün də hakimiyyət hərisləri olan faşistlərdən istifadə etdilər.

Avropa Birliyinin vahid xarici siyasəti yoxdur. AB-yə daxil olan hər bir dövlət fərqli siyasət yürüdür. İstənilən bir qərar 28 dövlətin razılığından asılıdır. Avropanın vahid hərbi siyasəti yoxdur. NATO kimi ABŞ-ın yedəyində gedir. Ukraynaya görə Amerika Rusiya ilə hərbi münaqişəyə əsla getməz. Ümumiyyətlə, indiki vəziyyətdə heç bir dövlət Rusiya ilə hərbi münaqişəyə getməyə razı olmaz. Bu cür şəraitdə Avropa Birliyi Ukraynaya yalnız bol-bol vədlər verə bilər və məhdud həcmdə maliyyə yardımı göstərə bilər”.
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:39