Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Sevastopolda rus dili rəsmi dil elan olundu

Sevastopol şəhər administrasiyasının rəhbər vəzifəsinin müvəqqəti icra edən Dmitriy Belik muxtariyyətdə rus dilini rəsmi dil kimi təsdiq edib, "Lenta".

Sözü gedən qərar Ukraynanın keçmiş hökumətinin qəbul etdiyi qanunda təsdiqini tapıb.

Xatırladaq ki, dil siyasəti haqında 2012-ci ildə qərar qəbul edilib. Həmin qərara əsasən, Ukraynada qeyri-dövlət dilləri, həmçinin rus dili də hər hansı bir regionda əhalinin 10 faizi həmin dilin daşıyıcısı olduğu təqdirdə rəsmi dil kimi təsdiq edilə bilər.

Bu qanuna əsasən, yerli hakimiyyət orqanları vətəndaşlarla ünsiyyət zamanı və istehsal işi ilə məşğul olan iş yerlərində rus dili rəsmi dil kimi istifadə oluna bilər. Qərar qəbul edildikdən sonra şəhər şurasının rus dilinə rəsmi status verilməsinə görə səs verib.
Lakin bu yaxınlarda hakimiyyət dəyişikliyindən sonra Ali Rada dil siyasəti haqda qəbul olunmuş qərarı ləğv edib./deyerler/
1198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber