Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Suriyada 500-ə yaxın silahlı hökümətə təslim olub - KİV

Təslim olan silahlılar Qamışlı (şimal-şərq), Hələb (şimal), Hüms, Huma (mərkəz), İdlib (şimal-qərb) və Dəməşqətrafı əyalətinə aid silahlılardır

Suriyanın müxtəlif əyalətlərində 497 müxalifət silahlısı hökümət qüvvələrinə təslim olub.

İnterAz-ın əl-Aləm telekanalına istinadla verdiyi xəbərə görə, təslim olan silahlılar Qamışlı (şimal-şərq), Hələb (şimal), Hüms, Huma (mərkəz), İdlib (şimal-qərb) və Dəməşqətrafı əyalətinə aid silahlılardır.

Suriyanın rəsmi dövlət agentliyi “SANA” təkcə Hümsda 19 silahlının təslim olduğunu bəyan edib.

Bu arada ölkədə müxtəlif əyalətlərdə gedən qarşıdurmalar son sutkada da davam edib.

Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu təkcə dünənki qarşıdurmalarda 178 nəfərin öldüyünü qeydə alıb.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
Go to TOP