Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Rusiya müharibəyə hazırlaşır - Fotolar

Krımda Perivalne bölgəsində yerləşən rus əsgərləri, səngərlər qazaraq mövqelərini daha da möhkəmləndiriblər.

Rus əsgərlərin sipər üçün çuxur qazmaları İHA obyektivinə düşüb. Krımın çöl bölgələrinə daxil olan İHA qrupları, Rus əsgərlərinin qurduqları çadırları və sipər yaratmaq üçün qazdığı çuxurları görüntüləyib. Qurulan hərbi çadırların bacalarının tüstülədiyi , dağ ətəklərindəki yük maşınlarının isə nömrələrinin söküldüyü müşahidə edilib. Rus əsgərlərinin ayrıca Ukraynaya aid tanklara da əl qoyduqları deyilib.

Bu arada silahlı rus hərbçiləri Krımda Ukrayna ordusuna məxsus xüsusi raket hərbi hissəsinə hücum ediblər və hərbi hissəsini ələ keçirməyə müvəffəq olublar.

“Qara dəniz Donanmasındakı mənbələrin sözlərinə görə, 200-ə yaxın rus hərbçisi 14 yük maşını ilə xüsusi raket hərbi hissəsinə daxil olublar. Hücum nəticəsində hərbi hissənin bütün əsgərlərini, həmçinin karaul xidmətini tərksilah ediblər” deyə Ukrayna Müdafiə Nazirliyinin Krım Regional tibb mərkəzinin rəhbəri Vladislav Seleznyov “Feysbuk” səhifəsində yazıb.

Onun sözlərinə görə, yaşıl geyimli adamlar hərbi hissənin əsgərlərindən silahlarını təhvil vermələrini və ərazini tərk etmələrini tələb ediblər.

Rusiya ordusunun Krımdakı əsgər sayının 20 mini keçdiyi və əsgərlərin xüsusilə Krımın dağlıq sahələrində məskunlaşdığı bildirilir.

Xatırladaq ki, Ukrayna ordusu Krıma martın 16-da hücum edəcək. Bu barədə isə Ukrayna Radasının deputatı Oleq Çarev öz Feysbuk səhifəsində yazıb.














1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:20