Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Qara dənizdə ABŞ gəmisi, Rusiya raketi...

ABŞ hərbi gəmisi Qara dənizə daxil olduqdan sonra Rusiya Sevastopola gəmi əleyhinə raket kompleksləri yerləşdirib
ABŞ-a məxsus hərbi gəmilərin Qara dənizə daxil olması ilə əlaqədar olaraq Rusiya ötən gecə Sevastopola “Basiton” gəmi əleyhinə raket kompleksləri yerləşdirib. Martın 8-dən 9-na keçən gecə Sevastopol küçələrində gəmi əleyhinə kompleksin işəsalma qurğusunun hərəkət etdiyi qeydə alınıb. Əvvəllər Qara dəniz sahilində bu kompleks yalnız Anapada olub.

Hərəkət edən sahil raket kompleksi unifikasiya edilmiş səsdən surətli avtomatik tuşlanan gəmi əleyhinə raketlərlə 600 km uzaqlığa atəş açır. “Basiton” müxtəlif tip suüstü gəmilərin və yerüstü atəş nöqtələrinin məhvi üçün nəzərdə tutulub.
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı