Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2014

Əli Kərimlidən hakimiyyətə tələb

"Xaricdə müalicəsi zəruri olan ağır xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaradılsın"

Türkiyəyə, İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan Nərmin Hüseynli vəfat edib. Bununla bağlı AXCP sədri Əli Kərimli Facebook səhifəsində status yazıb. Statusu təqdim edirik:

16 yaşlı Nərmini itirdik. Ailəsinin, fədakar gənc dostlarının çalışmaları da onu xilas edə bilmədi. Gec idi. Xəstəliyin son mərhələsi idi. Hamımız hüzn içindəyik.

Nərmin əvvəlcə həkim səhvinin, sonra ölkədə səhiyyə sisteminin yararsızlığının, daha sonra da hökumətin vətəndaşına biganəliyinin qurbanı oldu. Amma Nərmin tək deyil ki. Hökumət sahib çıxmadığına görə xalqımız hər gün övladlarını itirir. Səhiyyə sisteminin yarıtmazlığını özləri də etiraf edirlər. İmkanı olan xəstəsini ölkədən qaçırır. Daha imkanlılar Avropaya, ABŞ-a, Türkiyəyə, az imkanlılar İrana aparır xəstələrini. Bəs heç imkanı olmayanlar neyləsin? Bəs sağalması üçün xaricdə, həm də bahalı müalicə alması şərt olan xəstələr neyləsin? Axı bu ölkə zəngindir. İlham Əliyev sözünün əvvəlində də, sonunda da deyir ki, pulumuz çoxdur. Çoxdur ki, Avropada heç kimin yiyə durmadığı Avropa Olimpiadasına 1 milyard dollara qədər pul xərcləməyə hazırlaşır. Bəs o çox puldan niyə bu ölkənin sadə vətəndaşlarının həyatını qurtarmaq üçün istifadə edilmir? Bilirsiniz, təkcə həmin olimpiadaya xərclənəcək pulun bircə faizi ilə neçə yüz ağır, ölümə məhkum xəstənin xaricdə müalicəsini təmin etmək olar?

Nərmini qoruya bilmədik, heç olmasa başqalarını qoruyaq. Əlbəttə, bu ölkənin səhiyyəsində ciddi islahatlar aparmaq, problemi əsaslı şəkildə həll etmək xeyli vaxt aparacaq və yalnız rejim dəyişikliyindən sonra mümkün olacaq. Amma biz vaxt itirə bilmərik. Ölkədə nə qədər xaricdə müalicə olunmayacağı təqdirdə labüdən itirəcəyimiz soydaşımız var. Təklif edirəm, hamılıqla hökumətdən tələb edək ki, xaricdə müalicəsi zəruri olan ağır xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaratsın. İnanın ki, hamımız Nərminin xilası üçün çalışdığımız enerji və inamla çalışsaq, nəticə əldə edə bilərik. Hökumət müvafiq fondun yaranmasına məcbur, minlərlə ağır xəstəliyi olan soydaşımız da xilas olar./azadlıq/
1201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı