Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

NATO Ukrayna sərhədləri yaxınlığına AWACS təyyarələrini göndərir

NATO-nun kəşfiyyatçı təyyarələri Polşa və Rumıniya ərazilərindən Ukraynada vəziyyəti izləməyə başlayacaqlar.

BBC-nin verdiyi məlumata görə, bu barədə qərar bazar ertəsi qəbul olunub.

“AWACS radiomüəyyənetmə və tuşlama aviasiya kompleksi təyyarələrinin bütün kəşfiyyat uçuşları müttəfiqlərin hava məkanında yerinə yetiriləcək”, - NATO-nun mətbuat xidməti bildirib.

NATO-nun bildirdiyinə görə, AWACS təyyarələrinin uçuşları “alyansın baş verən vəziyyətdən daha geniş məlumatlanmağa” imkan verəcək.

Xatırladaq ki, martın 16-da Rusiya hərbi qüvvələrinin nəzarəti altında olan Krımda Rusiyaya birləşmək haqqında referendum keçiriləcək. Ukrayna və Qərb ölkələri onu qeyri-qanuni hesab edirlər.
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38