Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Krımda rus əsgərlərinin sayı hər saat artır

Ukraynaya şərq istiqamətindən hücum etmək üçün Krımda Rusiya qoşunlarının sayı hər saat artır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin keçmiş birinci müavini İqor Kabanenko bildirib. “Qüvvələr hər saat artır. Hazırda 30 minə yaxındır. Odessa və Xerson istiqamətində zərbə qrupu yaradılması üçün ən azı 35 minlik ordu lazımdır”, - deyə hərbçi bildirib.

“Şərq istiqaməti - Luqansk, Donetsk… qruplaşmaları artıq yaradılıb, onlar var”, - deyə Kabanenko bildirib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın təcavüzü ilə bağlı fəal cavab addımları atmalıdır ki, Krımda Rusiya qoşunlarının sayının artmasını dayandırsın.

“Krım məsələsi hazırda strateji məsələdir”, - deyə Kabanenko bildirib./ans/
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08