Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

“Azəriqaz”ı qohumbazlıq bu günə salıb”

“Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə zamanı “Azəriqaz”ın bəzi mütəxəssisləri təşvişə düşmüşdü. Hətta aralarında mənə zəng edib qazın tərkibinə vurulan odorantın nə olduğunu öyrənməyə çalışanlar da vardı”.

Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı “Azəriqaz” İstehsalat Birliyinin zəhərlənmə faktı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Hüquq müdafiəçisi bildirdi ki, “Azəriqaz” açıqlaması ilə özünü çıxılmaz vəziyyətə salıb: “Cinayət faktı baş verib və “Azəriqaz” rəhbərliyi də daxil olmaqla heç kim məsuliyyətdən yayına bilməz”.

M.Qəhrəmanlı qeyd etdi ki, dəm qazından zəhərlənmələr, qaz sızmasından partlayışlar da ciddi araşdırma tələb edir: “Baş verən faciələrdə “Azəriqaz” günahkardır. Çünki mütəxəssislər işdən kənarda qalıb, burada işə götürmələr zamanı əsasən qohumluq-yaxınlıq, dost-tanışlıq münasibətlərinə üstünlük verilir. Qurumu bu günə salan bu amildir”.

Təşkilat rəhbəri qaz qəza xidmətində təkmilləşdirmə işlərinin vacib olduğunu da vurğuladı: “Qurumda köklü islahatlar aparılmalıdır. Lökbatanda baş verən hadisənin araşdırılması üçün kənardan mütəxəssislər cəlb edilməlidir”.

Hüquq müdafiəçisi “Azəriqaz” rəhbərliyinə suallar ünvanladı: “Odorant qaza qazpaylayıcı stansiyalarda qatılır. Buna görə də zəhərlənmə bütün rayonu əhatə etməlidir. Odorant artıq qatılıbsa, onda zəhərlənmə hadisəsi niyə yalnız 4 binada baş verib? Adətən bir hadisə baş verəndə araşdırılma aparılmadan səbəbi cəmiyyətə açıqlanmır. Amma indi tədqiqat aparılmadan, analiz olunmadan “Azəriqaz” qaza əlavə olunan odorantın miqdarının çox olduğunu açıqlayıb. Araşdırma aparılmadan bunu necə biliblər? Qış fəslində 1000 kubmetr qaza 16 qram odorant qatılır, yayda isə 8 qram. Bunu o dəqiqə necə yoxlayıblar?”

M.Qərhəmanlı ölkədə ciddi qaz itkisinin olduğunu güman edir: “Bəlkə əhaliyə verilən qaza təmizlənməmiş səmt qazı qatılıb? Yoxlamağa ciddi ehtiyac var. Ümumiyyətlə isə biz “Azəriqaz” rəhbərliyinin məsuliyyətə cəlb edilməsini tələb edirik”.
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51