Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Fəthullah Gülen baş nazir Ərdoğana cavab verdi

İngiltərənin nüfuzlu mərtbu orqanı olan “Financial Times”də Amerikada yaşayan türkiyəli din adamı Fəthullah Gülenin məqaləsi dərc olunub. Gülen məqalədə demokratiyanın xilas olunması üçün Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Gülen həmçinin heç bir siyasi partiyaya da dəstək vermıdiyini qeyd edib.

“Türkiyənin xilası üçün yeni konstitusiyaya ehtiyac var. Hər hansı bir siyasi partiyaya və namizədə dəstək verməmişəm. Bunan sonra da dəstək verməyəcəyəm”.

Bundan başqa Fəthullah Gülen Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, "ölkəyə qayıt" çağırışlarına da cavab verib. Gülen, ruhani tənhalığa davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ərdoğan mitinqlərdən birində, “Ey xoca, əgər səhvin yoxdursa, Pensivaniyada dayanma. Sənin vətənin Türkiyədir. Vətəninə gəl, əgər siyasətlə məşğul olacaqsansa meydanlara çıx. Amma bu ölkəni qarışdırma, əmin-amanlığını pozma” – demişdi./ans/
1121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber