Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Kubanın qadın “Kastro”su öldü

Fidel Kastroya sadiq olan Hernandez ölkəsini Vyetnam və Kambocada səfir kimi təmsil edib
Kuba İnqilabının qadın qəhrəmanlarından olan Melba Hernandez vəfat edib.

Kuba inqilab mübarizəsinin başladılmasında iştirak edən Melba Hernandez uzun müddətdir davam edən şəkər xəstəliyindən 92 yaşında vəfat edib.

Kuba İnqilabının başlanğıcı olan 1953-cü il Monkada kazarmasına qarşı üsyana qatılan Hernandez Kastro qardaşları ilə bir çox fəaliyyətlərdə iştirak edib.

Ömür boyu 48 il Kubaya liderlik etmiş Fidel Kastroya sadiq olan Hernandez Kommunist Partiyasının qurulmasında iştirak etməklə yanaşı, həmçinin ölkəsini Vyetnam və Kambocada səfir kimi təmsil edib.
1309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP