Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Krım öz ordusunu yaradır

Krım Muxtar Respublikasının baş naziri Sergey Aksyonov Krım Silahlı Qüvvələrinin baş komandanı təyin edilib.

UNİNA bildirir ki, bu barədə Sergey Aksyonovun özü məlumat verib.

“Krım Ali Şurası məni baş nazir, Silahlı Qüvvələrin baş komandanı təyin edib və mənə ordunu formalaşdırmaq hüququ verilib” - deyə Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Krım ordusunun formalaşdırılması haqda qərar muxtar respublikada qanunsuz silahlıların qarşısını almaq üçün verilib: "180-dən çox könüllü and içərək orduya yazılıb. Əgər martın 16-da keçiriləcək referendum nəticəsində Krım Rusiyaya birləşərsə, Ukrayna ordusunun qarşısında iki yol olacaq. O, ya regionu tərk edəcək, ya da bizim orduya daxil olunavaq”./virtualaz/
1251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:31