Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Hələb beynəlxalq hava limanı uçuşları bərpa edib

Suriya höküməti Hələb beynəlxalq hava limanında uçuşları bərpa edib
Məlumata əsasən, bu aviareyslər vasitəsilə sərnişinlərin nəqliyyat məsələsindən əlavə hərbi və humanitar yardımlar da nəzərdə tutulub

Hələbin beynəlxalq hava limanı 15 ay qarşıdurmadan sonra yenidən aviareyslərini bərpa edib.

İnterAz-ın əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Hələbin beynəlxalq hava limanı cari həftənin bazar günündən etibarən rəsmi şəkildə Dəməşq və Laziqiyyə əyalətlərinə uçuşlarını yenidən təmin edəcək.

Məlumata əsasən, bu aviareyslər vasitəsilə sərnişinlərin nəqliyyat məsələsindən əlavə hərbi və humanitar yardımlar da nəzərdə tutulub. Bildirək ki, 2013-cü ilin fevralında müxalifət qruplaşmaları Hələb beynəlxalq hava limanının təhlükəsizliyini təmin edən “Briqada 80”-i ələ keçirmişdilər. Amma ötən ilin noyabrında həmin hərbi qərargahın hökümət qüvvələrinin əlinə keçdikdən sonra sözügedən hava limanın aviareysləri yenidən bərpa edilib. Sözügedən hava limanı hakimiyyət üçün şimalda yüksək əhəmiyət daşıyır.
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:36
Naxçıvan-Təbriz-Tehra