Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Astara sakininin evi başına uçuruldu

Şəhid ailəsinə dəyən ziyanın kim tərəfidnən ödəniləcəyi bəlli deyil
«Bələdiyyə bizə torpaq verib, icra hakimiyyəti də ev tikməyə sərəncam. Evi tikdirib yaşamağa başlayandan sonra bir nəfər gəlib dediki torpaq babasının mülküdür. Verdi bizi məhkəməyə, pulu da çoxdur. Bütün məhkəmələrdə pulla öz xeyrinə qərar çıxartdırdı. İndi evi sökməyə başlayıblar”, - bunu “Bizim Yol”a Astara şəhəri, Heydər Əliyev küçəsi 135-də yaşayan Abdullayev Rasim Oruc oğlu bildirdi.

Şikayətçinin sözlərinə görə, onun bir qızı şəhid ailəsinin gəlinidir. Qızınin 2 övladı var və onun həyat yoldaşı da ağır ruhi-əsəb xəstəsidir: “Qızımın qayınatası ilə birləşib uşaqlara torpaq aldıq, qanunun tələbi nə idi onu elədik. Biz nə bilək ki, sabah kimsə gəlib 55-ci ilin sənədi ilə torpağın babasının olduğunu deyəcək. Axı bizim bu işdə nə günahımız var? Borc-xərc edib evi tikmişik. İndi isə çəkdiyimiz xərci heç kim vermir”.
Şikayətçinin sözlərinə görə artıq ev sökülməkdədir. Son olaraq Ali Məhkəmənin Plenumu bu il yanvarın 27-də Astara rayon və Şirvan Apellaysiya məhkəməsinin çıxardığı qərarları quvvədə saxlayıb.
Evi sökülən, iki körpə anası Z. Abdullayevaya isə Ali Məhkəmənin Plenumu yalnız təsəlli verib: “Ziyafər Abdullayevaya torpaq sahəsi ilə əlaqədar yaranmış mübahisə nəticəsində dəymiş maddi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ izah olunsun”./bizimyol/
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.