Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Bakı Metrosunda etiraz aksiyası

Sahibkarlar obyektlərinin sökülməsinə etiraz edərək “Elmlər Akademiyası” stansiyasında etiraz aksiyası keçirir
Bakı metrosunda ticarətlə məşğul olan sakinlər obyektlərinin sökülməsinə etiraz edərək “Elmlər Akademiyası” stansiyasında aksiyası keçirir.

Hazırda metronun Elmlər Akademiyası stansiyasının qarşısında təxminən 200 nəfər yığışıb. Onlar Metropolitenin giriş qapısına toplaşıblar.

Aksiyada metronun bütün stansiyalarından olan sahibkarlar iştirak edir. Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Elmlər Akademiyası metrosu hal-hazırda polis nəzarətinə götürülüb.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda ərazidə polis əməkdaşları ictimai asayişin qorunmasını təmin edirlər.

Metropoliten rəhbərliyindən aksiya iştirakçılarına gözləməyi məsləhət bilib. Bildirilib ki, metropolitenin təzə rəhbərliyi obyektdə qayda-qanun yaratmaqdan ötrü satışın qarşısı alınır. Hazırda etiraz edənlər metro rəhbərlyi ilə görüşmək üçün Metropolitenin qarşısında gözləyirlər./ans/
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber