Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Metro ticarətçiləri etiraza qalxdı; polislə toqquşma Foto/Video

Metrostansiya keçidlərində ticarətlə məşğul olan iş adamlarının Metropoliten İdarəsinin qarşısındakı aksiyası başa çatıb. İdarənin rəhbərliyi etirazçıların nümayəndələri ilə görüşüb və bir həftə möhlət istəyib. Bir həftədən sonra nümayəndələrlə yenidən görüş olmalı və yaranmış vəziyyətlə bağlı qərar verilməlidir.

Metropoliten rəhbərliyi etirazçılarla danışıq apardığı bir vaxtda polis qüvvələri ticarətçilərdən iki nəfəri saxlayaraq bölməyə aparıb.

***

Bakı metrosunun stansiya keçidlərində ticarət fəaliyyəti ilə məşğul olan iş adamları Metropoliten İdarəsinin (“Elmlər Akademiyası” stansiyası) qarşısında etiraz aksiyasına çıxıb. İş adamlarının etirazına səbəb Metropolitenin yeni rəisi Zaur Hüseynovun stansiya keçidlərində ticarəti tamamilə ləğv etdirməsidir.
Hadisə yerində olan əməkdaşımız Xalid Qarayevin verdiyi məlumata görə, polis etirazçıları ərzidən uzaqlaşdırmağa çalışır. Qarşıdurma yaranıb. Saxlanılanların olduğu deyilir. 

/azadlıq/

1212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:41