Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Səfir: “Azərbaycan İran vətəndaşları üçün viza problemini tezliklə aradan qaldıracaq”

Azərbaycanın İrandakı səfiri Ali Dini Liderin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi, Təbriz şəhərinin imam-cüməsi Ayətullah Möhsün Müctəhid Şəbüstəri ilə görüşüb.

“Səhər” telekanalının verdiyi məlumata görə, Təbrizin imam-cüməsi Azərbaycanı İran vətəndaşları üçün viza rejimini ləğv etməyə çağırıb.

Səfir isə öz növbəsində Azərbaycan Respublikasındakı vəziyyətlə bağlı məlumat verərək, İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərində keçirdiyi görüşlərdən razılığını ifadə edib: “Aparılmış araşdırmalar və əlaqələrin genişləndirilməsi üçün iki ölkə arasında mövcud olan meyllər tezliklə İran vətəndaşları üçün viza probleminin aradan qaldırılacağını göstərir”.

C.Axundov həmçinin yeni Culfa körpüsünün açılmasına görə İran rəsmilərinə təşəkkür edib.
1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı