Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Sərxoş şagird məktəbin həyətində 24 yaşlı şəxsi bıçaqlayıb

Bakıda orta məktəb şagirdi 24 yaşlı şəxsi bıçaqlayıb.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Aşıq Qurban küçəsi, 25 ünvanında yerləşən 165 saylı orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini 10-cu sinif şagirdi Ramiz İlham oğlu Babayev aralarında yaranan münaqişə zəminində 1991-ci il təvəllüdlü Emin Zahid oğlu Qasımovu bıçaqlayıb.

Hadisəni törədən R. Babayev tutulub.

Polisdən bildirilib ki, R. Babayev hadisəni törədən vaxt sərxoş vəziyyətdə olub./apa/
1105 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP