Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: SALAM .Mehriyyenin 3 növü var . Zəhmət olmasa bu barədə açıqlama verəsiz .
Ad: LALE, Ölkə: AZƏRBAYCAN, Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
1. Mehrul-müsəmma: Bu mehriyyə, bir növ tamamilə aşkar və aydın olaraq müəyyən edilmiş maldır ki, nikah əqdində zövc (ər) zövcəyə (arvada) ödəyir, yaxud ödəməyi öhdəsinə alır. Məsələn, kişi məlum və müəyyən bir evini qadına verir.
2. Mehrul-misl: Əgər nikah əqdi zamanı zövc və zövcə (yaxud onların vəkilləri) daimi əqddə mehriyyəni təyin etməsələr, yaxud təyin edilmiş miqdar tamamilə yaddan çıxmış olsa, əqddən sonra zövcəyə mehrul-misl ödənməlidir, yəni qadının şərafəti, (ictimai və digər) vəziyyət və xüsusiyyəti nəzərə alınaraq onun kimi qadınlara ödənilən mehriyyə miqdarında mal ona ödənilir.
3. Mehrul-sünnə: Bu növ mehriyyə İslam Peyğəmbərinin (s) həyat yoldaşlarının və həzrət Zəhranın (s) mehriyyəsidir və yuxarıda deyilən hər iki mehriyyəyə şamil ola bilər və onun miqdarı 500 gümüş dirhəmdir və təqribən 1250 qram gümüş edir.
4. Mütə mehri: Əgər daimi nikah bağlansa və mehriyyə təyin edilməsə, yaxud mehriyyə verilməməsi şərt edilibsə, yaxınlıq olmazdan qabaq kişi zövcəyə talaq vermək istəsə, ona mütə (bəhrə) mehriyyəsi ödəməlidir.
5. Müvəqqəti nikahda müəyyən miqdarda və xüsusiyyətdə mehriyyənin təyin edilməsi vacibdir və əgər mehriyyə təyin edilməsə, bu əqd batildir.
Qeyd edək ki, bütün bu surətlərdə qadın əqddən sonra öz mehriyyəsini ərinə bağışlaya bilər.
1660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...