Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni CHP ilə birgə fəaliyyətdə ittiham edib

"Pensilvaniyadakı şəxsin Səid-i Nursiyə zərrə qədər hörməti olsa, CHP ilə ortaq hərəkət etməz."

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bitlisdə keçirilən mitinqdə bildirib.

"Bitlisdə dünyaya gələn Bədiüzzaman Səid Nursini rəhmətlə anıram. Adı dəyişdirilən Nurs kəndinə öz adını qaytardıq. Səid Nursiyə çox zülm etdilər, onu məhkum etdilər, ömrü həbsxanalarda keçdi, əsərlərini qadağan etdilər, amma əsla əyilmədi. Ölkəsini tərk etmək barədə düşünmədi belə. Özünə edilən zülmə baxmayaraq, başqa yollara baş vurmadı. Lakin Pensilvaniya (Fətullah Gülən - red.) acıq-aşkar xalqı AKP-yə səs verməməyə çağırır. "Səsinizi AKP-yə deyil, CHP-yə, MHP-yə, BDP-yə verin", deyir. Pensilvaniyadakı şəxsin Səid-i Nursiyə zərrə qədər hörməti olsa, CHP ilə ortaq hərəkət etməz. Necə deyərlər, avtomobilin sağ təkəri xarab oldusa, sol təkərlə davam edin. Ondan sonra isə nə olar-olar.", - türkiyəli baş nazir deyib.
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı