Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Jirinovskidən Ukraynaya müharibə çağırışı

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Viktor Yanukoviçin Kiyevə geri qayıtması üçün hərbi gücdən istifadə etməyə çağırıb. Bu barədə Hafta.az “RİA novosti”yə istinadən xəbər verir.

V. Jirinovski Dövlət Dumasında çıxış edərək Yanukoviçin qanuni prezident olduğunu bildirərək hakimiyyətə qayıtmaq üçün ona yardım etməyin vacibliyini vurğulayıb :

“Mən Rusiyanın prezidenti olsaydım Yanukoviçin Kiyevə geri qayıtması üçün hərbi güclə dəstək olardım. O, qanuni prezidentdir və biz ona kömək etməliyik”.

Qeyd edək ki, bu gün Viktor Yanukoviç Rostov-Don şəhərində bəyanatla çıxış edib özünü qanuni prezident adlandırıb. Yanukoviç bildirib ki,Kiyevə mütləq geri dönəcək.
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP