Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Gülən üçün tikilən “Ağ ev”in görüntüləri yayıldı - Fotolar

Türkiyədə Fətullah Gülənə aid olduğu iddia edilən möhtəşəm bir malikanənin fotoları yayılıb.

Akın İpəyin Fətullah Gülən üçün tikdirdiyi iddia edilən malikanə möhtəşəmliyi ilə ABŞ-ın Prezident iqamətgahından geri qalmır.

Ağ Evin qarşısındakı dörd sütun, üçbucaq damlı giriş elementləri olduğu kimi Ankarada tikilən malikanədə də istifadə edilib.

Ağ Evin qarşısında olan su hovuzu belə Ankaradakı malikanədə yaddan çıxmayıb.

Türkiyənin paytaxtı Ankarada 14 min kvadrat metrlik sahədə ucalan malikanə Akın İpəyin şirkətinə aid torpaq sahəsinində inşa edilib. Bu malikanənin məhz İpəyin torpaq sahəsində yerləşməsi, onun bir vaxtlar Gülən üçün dediyi “Bir təbəssümünə bütün var-dövlətimi verərəm” sözlərini gündəmə gətirib.

Malikanə Çanqayadakı Prezident İqamətgahından daha yuxarıda, Orta Doğu Texniki Universiteti (ODTU) meşəliyinə yaxın bölgədə yerləşir.

Malikanədə son vaxtlar qızğın iş getməsi və 2013-cü il oktyabrın 1-i tikintinin əvvəlki inşaat şirkətindən alınıb səfirlik və icra nümayəndələrinə mənsub evlərin tikintisi ilə məşğul olan V sinfi A qrupu inşaat şirkətinə verilməsi də buranın adi bağ evi deyil, diplomatik mərkəz, ya da saray ola biləcəyi ehtimalını gücləndirir.

Türkiyədə bu sarayın Fətullah Gülənin ölkəyə qayıdış günü üçün tikildiyi söz-söhbətləri gəzir.

Ərazinin demək olar ki, yarısı qədər olan 7 min 179 kvadrat metr bağlı sahəsi olan möhtəşəm kompleksin içində əsas binanın xaricində qonaq evi, qonaq salonu, soba və hovuz üçün də ayrı binalar tikilib. Əsas bina 3 mərtəbədən ibarətdir və 5 min 653 kvadrat metrlik sahədə yerləşir. Əsas binanın xaricində 5 ayrı binanın tikintisi də davam edir.

Qonaq evinin qarşısındakı hovuzun genişliyi 141 kvadrat metrdir.



1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı