Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Həbs edilən daha bir general azadlığa çıxdı

Türkiyədə dövlət çevrilişinə hazırlıqla bağlı iş üzrə həbs edilən daha bir general azadlığa çıxıb.

Xəbəri çərşənbə axşamı "Anadolu" agentliyi yayıb.

Ağır Cinayətlər üzrə 21-ci İstanbul Məhkəməsi həbs edilmiş general Xurşit Tolonu azad etmək barədə qərar çıxarıb.
Martın 10-da İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan 13 məhkumu azadlığa buraxıb. Onlar arasında vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, hərbçilər, yazıçı və publisistlər olub.

Martın 7-də İstanbulun ağır cinayətlərə dair məhkəməsi hərbi çevrilişlə bağlı cinayət işi üzrə ömürlük həbs cəzasına məhkum edilən Türkiyə baş qərargahının sabiq rəisi general İlkər Başbuğu azad edib.

Məhkəmə 2006-ci ildə Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar "Ergenekon" təşkilatını terror təşkilatı kimi tanıyıb.
1168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51