Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Günün fotosu - çörək davası

Bu şəkil bu gün günorta Bakıda çəkilib. Şəkildə bizimkilərdir - öz camaatımız.

Kişi hökumət adamıdır, qadın ticarət adamı. Biri buraya, etiraz aksiyasına çörəyinə görə çıxıb, o biri də çörəyindən olmamaq üçün gəlib.

Kadrda görünən mübarizənin adı çörək davasıdır. Bu, 10 min il öncədən başlayan və hələ də davam edən yaşayış uğrunda mübarizənin bir fraqmentidir.

Mübahisə edənlərin sifətinə və əl jestinə baxın: sanki kişi qadının ona cırmaq ata biləcəyindən qorxur. Qadın isə kişinin ona əl qaldıra biləcəyindən qorxmur.

Çünki ortada ailəsinin çörək məsələsi var. Bu, yeganə səbəbdir ki, ölkənin ən fağır adamı da bir gün qılınc üstünə gedə bilər.

Bu ölkədə insanlar qrup-qrup, dəstə-dəstə bu cür aksiyalardan, fotolardan keçirlər. Hökumət onlar qrup-qrup, dəstə-dəstə ram edir, yumşaldır. İşləri düzələnlərin kini, nifrəti qalmır, bir az narazılıq edir, sonra yenə itaət göstərir, deyilən yerə gedir, deyilən cür edirlər.

Ortada yalnız bu cür şəkillər qalır.

Günün fotosu - çörək davası

/musavat/
1450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP