Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

“Moskva təmas qurmaq istəmir”

Aleksandr Turçinov: “Moskva təmas qurmaq istəmir”

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov bildirib ki, Kiyevin son günlər Rusiya hakimiyyəti ilə əlaqə yaratmaq istiqamətində bütün cəhdləri nəticəsiz olub.

“BBC”-nin verdiyi xəbərə görə, bu barədə Aleksandr Turçinov “Frans Pres”ə müsahibəsində deyib.

“Onlar nə XİN səviyyəsində, nə də ki yüksək hökumət səviyyəsində təmas qurmaq istəmirlər”, deyə Turçinov bildirib.

Qeyd edək ki, martın 11-də Ukrayna parlamenti ABŞ, Böyük Britaniya və Rusiyaya müraciət edərək, ölkənin parçalanmasına yol verməməyə çağırıb.

Almaniya, öz növbəsində, Krım böhranının nizamlanması üçün işçi qrupun yaradılması təklifi ilə çıxış edib./apa/
1167 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı