Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Ukrayna Krıma ordu yeritmək niyyətində deyil

Ukraynanın Krım Muxtar Respublikasına ordu yeritmək niyyəti yoxdur.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Frans Pres”ə eksklüziv müsahibəsində prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov deyib.

“Biz Krımda hərbi əməliyyata başlaya bilmirik, çünki belə halda Ukraynanın qorunmayan şərqi sərhədi zərbə altına qoyuruq”, deyə Turçinov qeyd edib.

Turçinov müsahibəsində Krımdakı referendumun ssenarisinin Kremldə hazırlandığını bildirərək, Rusiya hakimiyyətinin dialoq aparmaq niyyətində olmadığını qeyd edib.

Qeyd edək ki, Krımın statusu haqqında referendum martın 16-na planlaşdırılıb.
1200 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP