Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Çempionlar Liqasında 1/4 finala yüksələn ilk 2 komanda müəyyənləşib

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

1/4 finala yüksələn ilk iki komanda artıq müəyyənləşib.

3 həftə əvvəl səfərdə qalib gələn komandalar bu dəfə rəqibini öz meydanında sınağa çəkib. İngiltərədə 2 cavabsız qol vuran “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Münhenlilər 2 oyunun nəticəsinə uyğun olaraq (3:1) növbəti mərhələyə yüksəliblər.

İtaliyada “Milan”ı minimal hesabla məğlub edən “Atletiko” isə öz meydanında əsl şou göstərib. İspaniya çempionatında da liderlər qrupunda qərarlaşan Madrid təmsilçisi italiyalıları 4:1 hesabı ilə məğlub edərək, 2 oyunun nəticəsinə uyğun olaraq (5:1) növbəti mərhələyə çıxıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

11 mart

23:45. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) - 1:1
Qollar: Bastian Şvanştayqer, 54 - Lukas Podolski, 57
İlk oyun – 2:0

23:45. “Atletiko” (İspaniya) – “Milan” (İtaliya) - 4:1
Qollar: Dieqo Kosta, 3; 85, Arda Turan, 40; Raul Qarsia, 71 - Kaka, 27
İlk oyun – 1:0
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...