Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Krım klubları Rusiya Premyer Liqasında oynayacaq

"Tavria" və "Sevastopol"a futbol üzrə Rusiya çempionatında çıxış etmək təklif olunub

Krımın futbol klubları Rusiya Premyer Liqasında oynaya bilər. Ukrayna İdman və Gənclər işlər naziri Dmitri Bulatov bildirib ki, "Tavria" və "Sevastopol"a futbol üzrə Rusiya çempionatında çıxış etmək təklif olunub. Bulatov bu açıqlamanı Ukrayna azarkeşlərinin saytı olan xsport.ua-ya deyib.

Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Vorobyev isə Krım klublarının Rusiya Premyer Liqasında oynacağının deyilməsinin hələ çox erkən olduğunu bildirib.

Qeyd edək ki, Ukraynada qərbyönümlü millətçi dairələrin hakimiyyətə gəlməsindən sonra Rusiya Krıma hərbi təcavüz edib. Krımın etnik çoxluğu olan ruslar vilayətin Rusiyaya birləşdirilməsi yönündə əməli addımlar atmaqdadırlar./ans/
1093 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP