Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Azərbaycanda vəhhabilərə qarşı geniş əməliyyat – Saxlanılanlar var

Mingəçevir polisi şəhərdə sayı durmadan artan vəhhabilərə qarşı geniş əməliyyat keçirib.

AzNews.az-a daxil olan məlumata görə, əməliyyat oktyabrın 17-si gecə saat 22.30 radələrində başlayıb.

Səməd Vurğun parkı ətrafındakı açıq və qapalı çayxanalara baxış keçirən polisin əməliyyatına polis şöbəsinin rəisi Ələsgər Bədəlov şəxsən rəhbərlik edib. Məlumata görə, ərazidən keçən bütün avtomobillər yoxlanılıb və 2 vəhhabi saxlanılıb.

Vəhhabilərə qarşı əməliyyatda polis rəisinin əməliyyat üzrə keçmiş müavini İlqar Hümbətovun yerinə təyin olunmuş yeni müavin Qabil Tağıyev, o cümlədən cinayət - axtarış bölməsinin rəisi Ramin Mustafayev, ərazinin sahə müvəkkili, eləcə də post-patrul xidməti və yol polisi əməkdaşları da iştirak edib.
1762 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04
M