Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Türkiyədə etiraz: su vuran maşın 2 qadını vurdu (Foto)

Gəzi Parkı hadisələri zamanı yaralanan və ötən gün dünyasını dəyişən Berkin Elvan üçün Türkiyənin bir sıra şəhərlərində aksiyalar keçirilib.

Ötən gün səhər saatlarında 14 yaşlı Berkin Elvanın ölümü Türkiyəni sarsıdıb. Ölkənin müxtəlif yerlərində baş qaldıran aksiya polis müdaxiləsi ilə yatırılıb. 

Gecə saatlarında Berkin Elvanın ölümünü etiraz etmək üçün AKP Mersin vilayəti Yenişehir rayonu binasına yürüş edən və polisin müdaxiləsi ilə ara küçələrə dağılan qrup qısa müddətdə yenidən toplanıb. 

Üzləri maskalı olan təxminən 200 nəfərlik qrup Qazi Mustafa Kamal Paşa Bulvarı üzərində barrikada quraraq yenidən aksiyaya başlayıb. Buna cavab olaraq isə polislər İctimai Aksiyalara Müdaxilə Maşınları (TOMA) ilə aksiyaçılara müdaxilə edib. 

Muğdak qovşağında aksiyaçılarla polis arasında gərgin qovhaqov yaşanarkən etirazçılara müdaxilə edən TOMA-lardan biri yolun qarşı tərəfinə qaçmağa çalışan 2 qadını vurub. 

TOMA-nın vurduğu aksiyaçılardan birinin başından yaralandığı və vəziyyətinin ağır olduğu deyilir. Hər 2 yaralı Mersin Dövlət Xəstəxanasına çatdırılıb. /ans/







1123 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber