Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

"Sahil" metrosu güclü yanğına görə bağlandı

Müxbirimizi bildirir ki, “Sahil”də yanğın davam edir. Yanğın güclü olduğu üçün “Sahil” metrosu bağlanıb. Ərazidə xeyli təcili yardım maşını da var. Amma kiminsə xəsarət alıb-almadığı bilinmir.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Trend"ə bildiriblər ki, hələlik stansiyaya bir nəfərin halının pisləşməsi ilə əlaqədar çağırış daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən bildiriblər ki, yanğınla bağlı 2-ci dərəcəli çağırış elan edilib. Binada Argentinanın Azərbaycandakı səfirliyi də yerləşir. Diplomatik mənbədən bildiriblər ki, yanğın zamanı səfirliyin əməkdaşları xəsarət almayıb. Yanğın baş verən binanın 3-cü mərtəbəsində anbarlar da yerləşir.
1049 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı