Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

İran-Azərbaycan - 22 il

İran və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 22-ci ildönümüdür
Hazırda, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovdur

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb.

İnterAz xəbər verir ki, iki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulub.

Hər iki ölkənin (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb) səfirlikləri, İranın Bakıdakı Mədəniyyət Mərkəzi (1993-cü ildən) və Naxçıvan MR-də Baş Konsulluğu (1992-ci ilin dekabr ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.

Hazırda, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovdur.
1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...