Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Xəstəxananı meyitxanaya köçürüb yerində gecə klubu tikiblər

Həkimlərlə Xəzər Dəniz Gəmiçiliyi İdarəsi arasında qalmaqal baş verməkdədir

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı hövzə poliklinikasının binasının ətrafını müəmma və gərginlik haləsi bürüyüb. Bir qədər əvvəl mətbuata informasiya yayıldı ki, uzun illər burada çalışan həkimləri ordan çıxararaq Yasamal rayonu ərazisindəki Hövzə xəstəxanasının həyətindəki keçmiş “morq”da yerləşdirmək istəyirlər. Hətta o da bildirilirdi ki, artıq poliklinikanın bir hissəsi ələ keçirilib və burada iaşə müəssisələri açılıb. Bunula kifayətlənməyən şəxslər poliklinikanın bir hissəsində gecə klubu yaratmaq fikrinə düşüblər.

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti rəsmisi Vüqar Seyidov publika.az saytında bu iddiaları cavablayıb. O, “xəstəxana hazırda da fəaliyyətini davam etdirir, onun özəlləşdirilməsi mümkün deyil. Çünki orada avadanlıqlar, tibbi ləvazimatlar var, iaşə obyektinə çevrilə bilməz” deyib.

Xəstəxanada çalışan həkimlərin Yasamal Hövzə xəstəxanasına köçürülməsinə gəldikdə isə, V.Seyidov bunun mümkünsüz olduğunu bildirib: “Yasamalda xəstəxanamız yoxdur. Bizim xəstəxana Xəzər Dəniz Gəmiçiliyinin, digər xəstəxanalar isə Səhiyyə Nazirliyinin balansındadır. Bizdən ora köçürülmə mümkün deyil. Bu barədə informasiyaların yayılması çox qəribədir. Gecə klubuna çevrilməsi absurddur. Xəstəxana və gecə klubunun tamam fərqli konstruksiyaları var. Üstəlik, dövlətin səhiyyə müəssisəsi nə üçün özəlləşdirilməlidir?”.

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin bu açıqlaması qarşı tərəfi lap təbdən çıxarıb. Onlar “Azadlıq” vasitəsilə bir sıra ciddi suallar qaldırıblar.

“Hörmətli Vüqar müəllim, ya Siz o qədər məlumatsızsınız ki, poliklinika ilə xəstəxananı ayıra bilmirsiz, ya da bilərəkdən verilən sualdan yayınırsız. Ona görə ki, Sizə sual verilir ki, 1 saylı hövzə poliklinikasının binasının satılmasından xəbəriniz varmı? Ancaq Siz hansısa xəstəxanadan danışırsız? Bunu biz necə anlayaq?”.

Bundan başqa, həkimlər deyir ki, 1 saylı hövzə poliklinikasının Hövzə xəstəxanasının həyətindəki keçmiş meyitxanaya köçürülməsi haqda gedən söz-söhbətlərə Idarənin rəsmisinin “Yasamalda xəstəxanamız yoxdur” deməsi ən azı qeyri-səmimilikdir: “Məgər Siz bilmirsiz ki, Azərbaycanda Hövzə xəstəxanasından başqa, bu adda digər bir xəstəxana yoxdur. Nəsə düz gəlmir, Vüqar müəllim...”

Nəhayət, həkimlər bildirir: “Vüqar müəllim, Siz rəsmi bəyan edirsiz ki, 1 saylı hövzə poliklinikasının ərazisındə heç bir özəlləşmə aparılmayıb, onda xahiş edirik, bizə izah edin ki, 1 saylı hövzə poliklinikasının Əziz Əliyev küçəsinə baxan hissəsində fəaliyyət göstərən ”Kofe Evi" bəs hansı poliklinikanın ərazisində yerləşib. Əgər bundan da xəbəriniz yoxdursa, onda Sizə sübut kimi yuxarıda adı çəkilən “Kofe Evi”nin fotosunu bu yazının yuxarısında veririk və rica edirik ki, bu suallarımıza tezliklə aydınlıq gətirəsiz"./azadlıq/
1132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı