Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Əvvəl partlatdılar, sonra ev verdilər

AXCP-nin qərargahının qonşuluğundakı 3 ailəyə mənzil verilib

Partladılan binanın sahibini isə heç axtaran yoxdur

Bakı şəhəri Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8 ünvanında yerləşən binada baş vermiş partlayışdan sonra orada yaşayan 3 ailəyə ev verilib. Bu barədə Lent.az-a Nərimanov rayon Icra Hakimiyyəti başçısının müavini Şahmar Ibadov bildirib.

Ş.Ibadovun dediyinə görə, hazırda bununla bağlı aidiyyəti dövlət qurumları ilə yazışmalar aparılır: “Orada yaşayan 3 ailəni 3 aylıq kirayə pulunu verməklə təhlükəsiz yerə köçürdük. Həmin ailələrin hər birinə metronun ”Gənclik" stansiyası yaxınlığında, Koroğlu Rəhimov küçəsində yeni tikilmiş çoxmərtəbəli binada ev verilib və sənəd imzalanıb".

Icra başçısının müavini deyib ki, hazırda partlayışın baş verdiyi binada qeyri-yaşayış sahəsinə sahib olan Azər Əsgərov və digər mülkiyyətçi Elçin Hüseynova dəymiş ziyanın qarşılanması istiqamətində iş aparılır: “Onların hər birinə müxtəlif yerlər təklif ediləcək. Hansını bəyənsələr, onu da seçəcəklər. Bununla bağlı araşdırmalar aparırıq. Mülkiyyət toxunulmazdır və biz hər bir mülkiyyətçinin razı salmağa çalışırıq”.

Azər Əsgərov “Azadlıq”a açıqlamasında isə bu günə qədər hələ heç kimin onunla görüşmədiyini deyib: “Indiyə qədər heç kim mənimlə görüşməyib və mülkiyyətlə bağlı heç bir söhbət aparılmayıb”.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber