Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Rusiya təkqütblülüyə son qoydu - Bəşər Əsəd

O, Dəməşqdə Rusiya parlamenti nümayəndə heyətini qəbul edərkən son dövrlərdə rəsmi Moskvanın beynəlxalq müstəvidə güclənən mövqeyinə təkidlə yanaşıb

“Rusiya beynəlxalq əlaqələrin müvazinətini yerinə qaytarıb”.

İnterAz-ın “SANA” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

O, Dəməşqdə Rusiya parlamenti nümayəndə heyətini qəbul edərkən son dövrlərdə rəsmi Moskvanın beynəlxalq müstəvidə güclənən mövqeyinə təkidlə yanaşıb.

“Rusiya, bir qütbün illər boyu dünyada malik olduğu hegemonluğundan sonra, beynəlxalq münasibətlərin müvazinətini yenidən bərpa edib. ABŞ və qərb ölkələri özlərinə şərik deyil, onların diktələrinə tabe olan dövlətlər istəyirlər. Məsələn, buna görə onlar, siyasətləri ilə razılaşmayan ölkələrdə sabitliyi pozurlar.”

Bildirək ki, Dəməşqdə səfərdə olan Rusiya Dumasının nümayəndə heyəti, Bəşər Əsədi Böyük Pyotr Elmlər Akademiyasının ordeni ilə təltif ediblər.
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02