Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Olaylar "Pokrov" bazasına nəzarət üstündədir

Almaniyanın Der Şpiqel qəzetində Benyamin Bidderin » Qara dəlik» adlanan bir yazı çap edilib. Bu yazıda Moskvanın ən iri tərəfəz bazası olan və bu yaxınlarda Cənubi Bryulova hadisələrindən sonra hakimiyyət tərəfindən bağlanan » Pokrovsk» bazarından bəhs edilir.

Eqor Şerbakovun ölümündən qəzəblənən xalq yerli millətçilərlə birlikdə ümumxalq məsləhətləşmələrinə toplaşdılar. Jurnalistin yazdığına görə, coxları üçün artıq qatilin qeyri rus olduğu aydın idi və onlar qatili bazada axtarmağı təklif edirdilər.

İllik dövriyyəsi 9 milyard olan » Pokrovsk» tərəvəz bazası Moskva şəhərinin  meyvə- tərəvəzə olan ehtiyacının 40-50% — ni ödəyir. Meyə- tərəvəz alveri çox gəlirli bir sahədəir və artıq 20 ildir ki, Şimali Qafqaz və Orta Asiyalıların nəzarətindədir.

Bidlerin yazdığına görə meyvə- tərəvəz Moskvada Almaniyadan bahadır. İş ondadır ki, arada olan cinayətkar- dəllallar meyvə- tərəvəz ticarətçilərin meyvəsinin üstünə haqq qoyurlar və ticarətçilər mafiyaya meyvə- tərəvəzin hər tonuna 100 min pul verməli olurlar.  Təbii ki yüksən qazanc yüksək risk mənbəyidir. 2007- ci ildən bu bazanın nəzarəti uğrunda mübarizədə 20 dən çox mafiya liderləri öldürülmüşdür. Bunları alman jurnalisti yazır.

Hazırda bazada qüvvələır nisbəti o qədər də aydın deyil. Rəsmən baza Dağıstandan olan iki biznesmen- qardaşındır; Əliasxab Hacıyev və İqor İsayev.

Axırıncı  polis məlumatlarına düşəndən sonra adını dəyişib. Bu  » Forbesi»-in rus bölməsinin məlumatıdır. Lakin arada gəzən söz söhbətlərə görə içtimaiyyətin nəzəri daha çox şirkətin fəxri prezidenti olan » Rusiya Qəhrəman»-ı, təyyarəçi və V. Putinin prezident seçkisi zamanı onun şəxsi nümayəndəsi olan Məhəmməd Tolboyevə dikilir. Bidderin yazdığına görə Moskvada yaxşı əlaqələri olan Tolbuyev əslində reprezentativ funksiyalar daşıyır, «! Pokrovski» bazasının isə əsl sahibləri » mafiyanın xaç ataları»- dır.

Der Spiegelin yazdığına görə kriminal sindikatlar necə illərdir ki, bu bazanın nəzarəti uğrunda mübarizə aparırlar.2007- ci ildə  Raquf Rüstəmova qarşı sui- qəsd oldu. Bazara nəzarət onun əlində idi. Rüstəmov ölmədi, sağalıb Bakıya getdi, lakin onu Bakıda güllələdilər.

2011- ci ildə Ded Xasanın adamı olan İlqar Cəbrəyılov bazanın təzə sahiblərini sıxşdırmaq istədi. Lakin onlarda heç nə alınmadı, lakin Ded Xasanla  İlqarı güllələdilər.

Uzun müddət bu baza ilə rəsmi hökumət nümayəndələri yerli sakinlərin bütün şikayətlərinə baxmayaraq heç maraqlanmırdı. Axı sənədlərdə bu baza Moskava şəhərini «ərzaqla təmin edən strateji əhəmiyyətli baza»  statusunda idi.

Lakin keçən bazardan vəziyyət dəyişdi, Moskva şəhər xidmətləri elə bil bir biri ilə yarışa girərək bu bazaya olan bütün neqativ şikayətləri təqdim edirlər.

Bu şikayətlərin içində, sanitar normaları pozmaqdan tutmuş, əmək və və miqrasiya qanunlarını pozmağa qədər.

Bazanın bağlı qalması daha 90 gün uzadılıb. Bidderin yazdığına görə bazanın şəhər qırağına köçürülmə məsələsi gündəmdədir.

Bidderin » Əgər baza heç vaxt açılmasa nə olar» sualına bazada olan sadə bir satışı » Müharibə başlayar» cavabı verib./haqqın .az

1894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP