Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Deputat oğlunun adı hallanan cinayət işi araşdırılmır

“Biz müraciətlərimizə cavab gözləyirik. Hələlik heç bir cavab almamışıq” - bu sözləri “Yeni Müsavat”a deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun əməlindən şikayətçi olan Aynurə Cəfərovanın atası Novruz Cəfərov deyib. Onun sözlərinə görə, yazılı şikayətləri də cavabsız qalıb.

Qeyd edək ki, ötən il noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Xoşbəxtlikdən güllələr “Nissan Juke” olan iki qadına - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərovaya dəyməyib. Maşının arxa şüşəsi sınıb.

A.Cəfərova hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci və Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının cinayət yerinə gəldiklərini qeyd edib. Bildirib ki, olay müvafiq dövlət qurumlarına müraciət etmələrinə baxmayaraq araşdırılmamış qalıb.

Onun atası Novruz Cəfərov isə prezidentə müraciət edərək əlisilahlı deputat oğlu barəsində ölçü götürülməsini istəyib.

Xatırladaq ki, martın 1-də “Bizim yol” qəzeti A.Orucovun oğlunun bir maşını gülləyə tutması haqda yazı dərc etmişdi. Bundan sonra deputat bu xəbəri “müxalifətyönlü qəzetin növbəti uydurması” adlandırmışdı. “Yeni Müsavat”ın araşdırması isə yazılanların uydurma olmadığını ortaya qoyub.
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber