Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Keçmiş icra başçısının zavodunda etiraz

İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun İvanovka kəndində fəaliyyət göstərən çörək zavodunda narazılıq var.

Aylardır maaşlarını ala bilmədiyini deyən işçilər bununla bağlı “Qafqazinfo”ya şikayət ediblər. Onlar bildiriblər ki, sonuncu dəfə əməkhaqlarını ötən ilin dekabrında alıblar: “Artıq 3,4 aydır ki, “bu gün, sabah” deyərək bizi aldadırlar. Cəmi 100, 150 manat maaş alırıq, onu da bizə vaxtında vermirlər”.

İşçilər bildiriblər ki, qanunla iş rejimi 8 saat olduğu halda sabiq məmurun zadovunda iş saatı 12, 14 saat, bəzən daha çox çəkir. İşçilərin narazılığından sonra zavodun direktoru Rasim adlı şəxsin Bakıya qaçdığı deyilir. Onun paytaxta Nizami Ələkbərovdan pul almağa getdiyi bildirilsə də direktor sonradan işindən imtina edərək zavoda qayıtmayıb. Zavodun yeni direktoru Vaqif adlı şəxs isə işçiləri sakitləşdirməyə çalışaraq onlara maaşlarının yaxın vaxtlarda veriləcəyini söz verib. Sakinlər isə bu vədlərə artıq inanmadıqlarını qeyd edirlər. Pullarını ala bilməyən işçilər etiraz edərək işə gəlməyəcəklərini bildiriblər. Zavodda işləyənlərin sözlərinə görə, müəssisəyə rəhbərlik edən şəxs maliyyə problemini həll etmək üçün N.Ələkbərovla görüşsə də keçmiş başçı əlavə vəsait verməkdən imtina edib. İflas ərəfəsində olan zavodda artıq bir neçə briqada işdən azad edilib.

Xatırladaq ki, ötən ilin yay aylarından işə başlayan zavodun tikintisi üçün investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit verilib. Müəssisənin bütün texniki avadanlıqları Belarusdan gətilib. Zavod işə başlayandan yerli işçiləri texnikalardan istifadə etməyi öyrətmək üçün yüksək qonorarla Belarusdan mütəxəssislər gətirilib.
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı