Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Fətullahçılardan İsa Qəmbərə gizli siyasi dəstək - Foto

İsa Qəmbərlə bağlı maraqlı xəbər

Saytın yaydığı xəbərdə bildirilir ki, redaksiyanın elektron poçtuna məktub göndərilib. Məktubu Ahmet Saniç adlı bir şəxs 2011-ci il aprelin 5-də saat 03.45-də ahmet_sanic@mynet.com elektron ünvanından m.f.gulen@berkul.org ünvanına göndərib. Fətullah Gülənə ünvanlandığı bildirilən məktubda Azərbaycanda mümkün hakimiyyət dəyişikliyi barədə söhbətin aparıldığı iddia olunur.

Məktubda deyilir:  “Azərbaycandakı müxalifət partiyalarında olan dostlarımızın verdiyi məlumatlardan belə bir qənaət hasil olur ki, Azərbaycanda iqtidarın dəyişməsi qaçılmazdır. Xüsusilə “ərəb baharı” adlanan proses Azərbaycanın daxili siyasi durumunu ciddi şəkildə etkiləyib. Bunu sosial paylaşma şəbəkələrindəki hərəkətliliyin birdən-birə yüksəlməsindən də görmək olur. Özəllikə Feysbukdakı hərəkətlilik diqqəti cəlb edir. Feysbuk üzərindən təşkilatlanan müxaifət partiyalarının gənclik qolları davamlı olaraq çevriliş çağırışları edirlər. Daha öncə Sizdən gəlmiş direktivlərə uyğun olaraq Bakıdakı məsul arkadaşlarımıza Hizmət hərəkatına mənsub gənclərin saxta profillərlə sosial şəbəkələrdəki fəaliyyət qoşulmalarını təmin etmək barədə təlimat vermişik. Azərbaycandakı indiki iqtidar getdiyində Müsavat Partiyasını başqanı İsa Qəmbərin prezident olması ehtimalı xeyli yüksəkdir. Məzhəb fərqinə baxmayaraq İsa Qəmbər mötədil və Türkiyəyə yaxın bir şəxs kimi tanınır. Onun prezident olasının Hizmet Hərkatımızın inkişafına yeni bir təkan verəcyini düşünürəm. Hazırda bizim Azərbaycan müxalifətinə açıq dəstək verməmiz mümkün deyil. Bu üzdən müxalifətin Facebook üzərindən təşkilatlanan gənclik qollarına gizli dəstək veririk. Ancaq məsələ ciddiləşərsə və müxalifətin küçə hərəkatı genişlənərsə, xüsusilə ABŞ və digər Qərb ölkələrinin Azərbaycandakı iqtidar dəyişikliyini dəstəkləmək qərarı verdiklərindən əmin olandan sonra  gənclərimizin müxalifət sıralarında açıq yer almasının daha münasib olacağını düşünürəm. Bu məsələ ilə bağlı tövsiyə və əmrlərinizi gözləyrk. Sayğılarımla, Ahmet Saniç”.

Müsavat başqanının müavini Gülağa Aslanlı “Bizim Yol”a açıqlamasında yayılmış məktubdan xəbərdar olduğunu bildirsə də, qeyd olunanları şərh etmək istəmədi.

«Biz həqiqətən belə ad-soyadda bir adamın olub olmadığını araşdırmalıyıq. Bunu bilmədiyim üçün məktub və orada qeyd olunan fikirləri şərh etməkdən uzağam”. G.Aslanlı yayılmış məktubun hakimiyyətin Müsavat Partiyasına qarşı qara PR məqsədilə bilərəkdən yaymasını da istisna etmədi.

 Azərbaycanda hər şey baş verə bilər və mən heç bir şeyə təccüblənə bilmərəm”, - deyə Müsavat başqanının müavini vurğuladı.

“Azərbaycanda hər şey baş verə bilər və mən heç bir şeyə təccüblənə bilmərəm”, - deyə Müsavat başqanının müavini vurğuladı.

1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16