Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Jirinovskidən daha bir qalmaqallı təklif

Qalmaqallı ideya və təklifləri ilə məşhurlaşan rus siyasətçi Vladimir Jirinovski rus əlifbasından "ı" hərfinin çıxarılmasını təklif edib.

LDPR-in lideri fikrini belə əsaslandırıb: "Bu iyrənc hərfi yığışdırmaq lazımdır. Bu Asiya elementinə görə bizi Avropada sevmirlər... Bu bizə monqollardan gəlib, Avropa dillərinin heç birində "ı" hərfi yoxdur. Bu qırtlaq səsidir, heyvanlar belə danışırlar: "ı-ı-ı". "İ" - bəsimizdir!"

Jirinovski uşaqların "ı" hərfini deyə bilmədiklərini də qeyd edib: "Mənim oğlum balaca olanda "ı" hərfini deyə bilmirdi. Belə deyirdi, "Papa, papa, orda mişka (mişka rus dilində ayı deməkdir) var." Mən də fikirləşirdim ki. nə mişka? Evə ayı giribmi? Sonra da məlum olurdu ki, söhbət siçandan (siçan rus dilində mışka deməkdir) gedir.
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13