Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Tələbləri yerinə yetirilənədək aksiyalar davam etdiriləcək

Etirazçılar köşklərin sökülməsinin müqabilində dəymiş zərərin ödənilməsi və ya yerlərlə təmin olunmalarını tələb ediblər.

Satıcılar bildiriblər ki, tələbləri yerinə yetirilənədək aksiyalar davam etdiriləcək.  Metropoliten nümayəndələri isə narazı satıcıların tələblərinini yerinə yetirilməyəcəyini deməklə kifayətləniblər.

Əməkdaşımızın verdiyi məlumata görə, bir neçə nəfər saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Sosial şəbəkədə isə narazı satıcılara dəstək üçün mitinq keçirilməsi təklif olunub. Xüsusilə müxalifyönlü gənclər aksiya keçirilməsi təklifi ilə çıxış ediblər.



*   *   * 13:50

Bu gün metro tunellərinin giriş-çıxışında ticarətlə məşğul şəxslər yenidən aksiya keçirməyə cəhd göstəriblər.

"Elmlər Akademiyası" metrostansiyasının ətrafından toplaşmağa çalışan etirazçılar polis qüvvələri tərəfindən uzaqlaşdırılıb. Polislərə Yasamal Rayon Polis İdarəsinin rəisi rəhbərlik edib.

Xatırladaq ki, etiraz edən ticarəçilərin Metropoliten rəhbərliyi ilə dünənki görüşündə martın 27-dək onların obyektlərinə toxunulmayacağı, ancaq ondan sonra obyektlərin tam əksəriyyətinin söküləcəyi və yalnız suvenir satan köşklərin saxlanılacağı bildirilmişdi.

Ticarətçilər isə bu gün bildiriblər ki, günahın hamısı Tağı Əhmədovun "Qara Qarayev" stansiyasında rəis müavini işləyən qohumu Şövqidədir: məhz o, ticarətçilərdən külli miqdarda pul yığıb, indi isə ortalıqda görünmür.


1160 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber