Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Tehranda “Suriyanın dostları” konfransı keçirilir

Bu gün İranın paytaxtı Tehran şəhərində “Suriyanın dostları” adlı növbəti konfrans öz işinə başlayıb.

Tədbir İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbərliyi altında keçirilir.

Konfransda Rusiya, Kuba, Venesuela, Əlcəzair, İraq, Suriya və Livan parlamentlərinin xarici siyasət komissiyalarının rəhbərləri iştirak edirlər. Tədbir Suriya böhranının diplomatik yollarla həllinə dəstək vermək, bu ölkənin xalqına humanitar yardımların göndərilməsi yollarını araşdırmaq, həmçinin terror hücumları və qırğınlara qarşı bir etiraz səsi ucaltmaq mahiyyəti daşıyır.

Konfransı Ə.Burucerdi açaraq bildirib ki, İran, Rusiya, Çin, Livan, Əlcəzair, İraq, Kuba və Venesuelanın dəstəyi və macərapərəstlər qarşısında müqaviməti Suriyaya qarşı məkrli planın məğlubiyyətində rola malik olub: “Bu təqdirəlayiqdir. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin parlamentlərinin sammiti qlobal sülhə dəstək üçün yaxşı imkandır. ABŞ Suriyaya terrorçu ordusunu göndərərək bütün dünyanı təhdid etməyə başlayıb. Ona görə də bu gün Suriyanı dəstəkləmək qlobal terrorizmlə mübarizəni dəstəkləməkdir”.

İran rəsmisi ABŞ-ı dünyada böhran və gərginlik yaradan mərkəz də adlandırıb: “Təəssüflər olsun ki, dünyaya zalım siyasi struktur hakimdir və ABŞ BMT Təhlükəsizlik Şurasındakı mövqeyindən sui-istifadə edərək Suriya böhranında və günahsızların kütləvi şəkildə qırğın edilməsində çox önəmli rola malikdir. Suriya xalqı və prezidentinin bu ölkəyə qarşı tətbiq olunan təzyiq və cinayətlər qarşısındakı müqaviməti Suriyaya qarşı məkrli planın uğursuzluğunda daha çox paya malikdir. Suriyaya qarşı məkrli planda ABŞ-ın məqsədi İsrail qarşısında müqaviməti məhv etməkdir”.
1113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33
GENE