Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Martın 15-də Azadlıq meydanına mitinq təyin edilib

Bakıda martın 15-də saat 16:00-a kütləvi mitinq təyin olunub.
Aksiyanın Azadlıq meydanında keçirilməsi planlaşdırılır.

Bu barədə facebook sosial şəbəkəsində “event” yaradılıb. Məlumat olaraq bildirib ki, aksiya iştirakçıları "Sovetski" sakinlərinin evlərinin sökülməsi müqabilində onlara istədikləri kompensasiyanın verilməməsi və keçirdikləri aksiyanın polis tərəfindən qarşısının alınması, Bakı Metropolitenində ticarət obyektlərinin bağlanmasına etiraz edəcəklər.
Son günlərdə AXCP-nin qərargahında partlayışdan sonra ofisin boşaldılmasına qərar verilməsi də aksiya səbəblərindən biri kimi göstərilir.

Təşkilatçılar vətəndaşları kütləvi aksiyaya səsləyir və kütləvi tədbirin heç bir siyasi qurum tərəfindən təşkil olunmadığı qeyd olunub. Bütün məsuliyyətin “event”in təşkilatçısına aid olduğu bildirilir. “Event”i yaradan isə “Vetendas Eliyev” (Vətəndaş Əliyev) adlı facebook istifadəçisidir. Şəxs haqda profildə geniş məlumat yoxdur./hafta/
1210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı