Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Azərbaycan hər sahədə çalxalanır - Sürücülər qalxdılar

Yük maşını sürücüləri Prezident Aparatının qarşısına toplaşdı

Martın 12-də ağır tonnajlı yük maşınlarının sürücüləri Prezident Administrasiyasının önündə aksiya keçiriblər.

Sürücülərin dediyinə görə, narazılıqları yol polisi və nəqliyyat nazirliyi əməkdaşlarının onlara qarşı keçirdiyi reydlərlə bağlıdır.

“Dövlətin verdiyi texniki pasportlarda 35-55 ton yükdaşınmaya icazə verildiyi halda bizim yük avtomobillərimizdə 32 tondan artıq yük olduqda bizə 600-1400 manat cərimə yazılır. Yük maşınlarını kredit və lizinq yolu ilə aldığımızdan işimizi 32 ton yük daşıma ilə davam etdirəcəyimiz halda kredit fazizlərini verə bilməyəcəyik. Bu da bizim girov qoyulan ev və digər əmlakımızın müsadirə olunması ilə nəticələnəcək. Bu da minlərlə ailənin evsiz-eşiksiz, ac-yalavac qalmasına səbəb olacaq”.

Bu səbəbdən də sürücülər bu qaydalara aidiyyatı qurumların diqqət yetirməsini, onlara normal iş şəraiti yarılması, maaşlarının vaxtında verilməsini tələb ediblər.

Sürücülərin şikayətini Prezident Administrasiyasında dinləyib, onları Nəqliyyat Nazirliyinə getməyi məsləhət biliblər./azadliq.org/
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber