Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Polis etiraz edən metro ticarətçilərinə divan tutdu Foto /Video

Metro stansiyalarında köşklərin sökülməsinə qarşı aksiyalar davam edir

Bakı metrosunun stansiyalarında ticarətlə məşğul olanlar bu gün yenidən Metropoliten İdarəsinin qarşısına etiraz aksiyasına toplaşıblar. Aksiyaya səbəb stansiyalarda ticarətin qadağan edilməsidir.

Bakı Metropoliteninin rəhbərliyi etiraz edən ticarətçilərin 3 nəfərlik nümayəndə heyəti ilə görüşüb və qərarın qüvvədə qaldığını, sadəcə onlara 1 həftə vaxt verə biləcəklərini deyib.

Metropoliten İdarəsinin adını açıqlamayan işçilərindən biri də jurnalistlər qarşısına çıxıb və stansiyalardakı ticarət köşklərinin mütləq söküləcəyini bildirib. 
Ticarətçilər isə görüşdən narazı qayidiblar və verilən qərarla barışmayacaqlarını bildiriblər. Bazar ertəsi – martın 17-i saat 10:00 üçün Metropoliten İdarəsinin qarşısına növbəti aksiya təyin edilib. Aksiyaya metronun bütün stansiyalarındakı ticarətlə məşğul olanların çıxacağı elan olunub.

Polislər dərhal etirazçıları ərazidən uzaqlaşdırmağa çalışıb. Əvvəlcə kiçik qarşıdurmalar olsa da, hər hansı insident qeydə alınmayıb. Lakn sonradan polislər etirazçılara qarşı qəddar davranıb, onları döyməyə və həbs etməyə başlayıb. Həbs olunanların Yasamal rayonu 28-ci polis bölməsinə aparıldığı deyilir.

Əməkdaşlarımızın hadisə yerindən hazırladığı geniş reportajı təqdim edəcəyik..

***

 

1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı