Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Rusiyada miqrantlara qarşı kütləvi reydlərə başlanıldı

Moskva ərazisində yerləşən hərbi şəhərciklər, hərbi hissələr və yataqxanalarda qanunsuz yaşayan miqrantlar yoxlanılacaq.

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şöbəsinin rəis müavini Nikolay Azarov məlumat verib.

Kütləvi yoxlamalar bu il başlayacaq və Moskva Hərbi Prokurorluğu ilə birlikdə aparılacaq. Yoxlamaların əsas məqsədi qanunsuz bizneslə məşğul olan, gecəqondularda yaşayan miqrantların ortaya çıxarılmasıdır.

“Bu cür yoxlamalar olduqca vacibdir. Artıq hərbi hisəsi və digər yerlərin icarəyə verildiyi ilə bağlı məlumatlarımız var. Əgər həmin ərazilər ciddi rejimli obyektirsə, hərbi hissənin ərazisidirsə təkcə Federal Miqrasiya Xidməti yox, Hərbi prokurorluq da hərəkətə keçməlidir” deyə Azarov bildirib.
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02