Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Bakıda silahlı insident: ata oğluna niyə atəş açdı?

Bakı şəhərinin Nəsimi rayonu ərazisində silahlı insident baş verib. Lent.az-ın eksklüziv məlumatına görə, Mərdanov qardaşları 73 ünvanında 1969-cu il təvəllüdlü Səmədov Namiq Mikayıl oğlu odlu silahla oğlu, 1991-ci il təvəllüdlü Səmədov Mahmuda atəş açıb. Daha sonra isə, N.Səmədov tüfəngi özünə tuşlayıb və intihar məqsədi ilə özünü güllələmək istəyib. Hadisə yerinə gələn polis əməkdaşları 45 yaşlı kişinin həyatına qəsd etməsinə imkan verməyib.

Bildirilir ki, hadisə ailə-məişət münasibətləri zəminində baş verib. Ata sözünə baxmayan oğluna əsəbiləşib və evdəki tüfənglə onu vurmaq istəyib. Atasının özündən çıxdığını görən M.Səmədov qaçıb və xoşbəxtlikdən atasının açdığı atəş ondan yan keçib. Güllə evin qapısına dəyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır.
1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP