Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Gəncədə taksi sürücüsü sərnişini döyüb öldürdü

Gəncədə taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Elxan Kərimovla, onun müştərisi, 36 yaşlı Anar Babayev arasında mübahisə yaranıb. Mübahisə əsnasında taksi sürücücü sərnişini döyüb. Məlumata görə, mübahisəyə Anarın Elxana olan borcu səbəb olub.

Onlar əvvəllər bir neçə dəfə mübahisə ediblər. Sonuncu dəfə taksi sürücüsü Elxan Kərimov dava zamanı küt dəmir alətlə Anar Babayevin baş nahiyəsindən bir neçə zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün səhər saatlarında xəstəxanada keçinib.

Faktı üzrə Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. İstintaq gedir./ans/
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber