Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“Azərbaycandan Rusiyaya gələn miqrantların sayı 27 faiz azalıb”

Rusiya Federal Miqrasiya Xidməti: “Azərbaycandan Rusiyaya gələn miqrantların sayı 27 faiz azalıb”
Rusiyaya MDB ölkələrindən miqrant axını azalıb.

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski bildirib.

K. Romadanovski Rusiyaya hazırda uzaq ölkələrdən miqrant axınında kəskin artım olduğunu söyləyib: “Hazırda MDB ölkələrindən miqrant axını azalıb. 2014-cü ilin ilk iki ayında Rusiyaya keçən illə müqayisədə 15,5 faiz az miqrant gəlib. Bununla yanaşı Özbəkistandan gələn miqrantlar (-33%), Qırğızıstandan (-28,7%), Azərbaycandan (-27,6%), Tacikistandan (-23,4%), Moldovadan (-23,4%) azalıb.

Uzaq ölkələrdən Rusiyaya gələn miqrantların sayında isə artım var. Kanadadan (+82%), Cənubi Koreyadan (+71,8%), ABŞ-dan (+38,6%), Yaponiyadan (+37%), Niderlandan (+36%) gələn miqrantların sayı artıb”.

Qeyd edək ki, keçən il Rusiyaya 17,7 milyon xarici vətəndaş gəlib./apa/
1124 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP