Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Obama yenə də əməl etmədiyi beynəlxalq hüquqdan danışdı

ABŞ prezidenti Barak Obama Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bunu Obama Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşü zamanı bəyan edib.

Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Obama, eyni zamanda, Rusiya prezidenti Vladimir Putini yeritdiyi kursu dəyişməyə çağırıb.

Öz növbəsində, Yatsenyuk Ukrayna hakimiyyətinin Rusiya ilə dialoqa hazır olduğunu vurğulayıb. O qeyd edib ki, hər şey Rusiyanın danışıqlara başlamağa hazır olmasından asılıdır. "Biz heç vaxt təqdim olmayacağıq", - deyə Yatsenyuk bildirib.
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP